Tanınmış jurnalist Pirs Morqan Lionel Messinin uğurlarına həsr olunan pivə reklamını kəskin tənqid edib.

Offsideplus.az xəbər verir ki, Argentina millisinin hücumçusu paylaşdığı videoda öz qol və nailiyyətlərini sadalayıb, sonda isə "Tarixin ən böyüyü məsələsi bağlandı" ifadəsi yer alıb. Morqan bu barədə belə deyib: "Cənab Təvazökarlıq idman tarixində ən təkəbbürlü və utanmaz lovğalıq nümunəsini göstərdi. Sadəcə gülməlidir".