NBA-nın sabiq oyun qurucusu Derren Kollison, universitet illərində "UCLA"da birgə çıxış etdiyi Rassel Vestbrukun basketbola təsirindən bəhs edib.

Offsideplus.az xəbər verir ki, Kollison Vestbrukun 2017-ci ilin ən dəyərli oyunçusu seçilməsinin təsadüfi olmadığını bildirib: "Rass oyun qurucu mövqeyinin inkişafına yeni nəfəs gətirdi. Ondan əvvəl bu mövqedə çıxış edənlərdən yalnız klassik oyun quruculuğu gözlənilirdi. Vestbruk isə bütün dünyaya göstərdi ki, oyun qurucu meydançada ən dominant, atletik və partlayıcı qüvvə ola bilər, ribaund toplaya, sürətli hücumlara qoşula və səbəti məhv edə bilər. Vestbruk sayəsində güclü və fiziki cəhətdən üstün müdafiəçilər böyük əhəmiyyət qazandı. O, Deron Uilyams, Derrik Rouz... İndi isə bu ənənəni Luka davam etdirir. Rass kimi oyunçular mənim kimi kiçik oyunçuların işini xeyli çətinləşdirdi. Tripl-dabl kralı kimi o, NBA-da arxa xətt oyunçusu olaraq əbədi iz qoydu".