Joze Mourinyo 'Real Madrid'in 'Deportivo' üzərində 1:0 hesablı qələbəsindən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi bu qarşılaşmanın ciddi rəqibə qarşı keçirildiyini bildirib. "Bu, La Liqaya yenidən qayıdan bir komandaya qarşı ciddi oyun idi. Rəqib bizi ciddi oynamağa məcbur etdi. Çətin matç oldu. Mənə xoş gəldi ki, belə mürəkkəb oyunda və heyətdə, taktika və rollarda bu qədər dəyişikliklərə baxmayaraq, komanda nəticə üçün oynadı. La Liqada bizi hələ çox belə oyunlar gözləyir, xüsusilə səfərdə, uğurla başa vurmaq çətin olacaq. Əgər bunu bacarsan, qələbə qazanırsan, hətta bu dəfəki kimi 1:0 hesabı ilə olsa belə. Komanda inkişaf edir – bu, müsbət məqamdır. Komanda bütün aspektlərdə irəliləyir, amma təbii ki, oyunların çətinliyi, planlaşdırdığımız kimi, artır", – deyə Mourinyo qeyd edib.


