"Los Anceles Leykers"in Coş Kuşner tərəfindən alınması ilə bağlı "Ağ Ev" münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, "Ağ Ev" rəsmisi bu satışın ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun administrasiyası ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Qeyd edilib ki, C. Kuşner Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır, lakin özü demokrat düşüncədədir. O, Tramp administrasiyasında işləməyib və biznesini tam müstəqil şəkildə idarə edir.


