"Qalatasaray" Aleksey Batrakovun transferi üçün "Lokomotiv"ə ödənişi beş hissəyə bölməyi təklif edib.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu 21 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Qalatasaray" bu məbləği 2,5 il ərzində beş bərabər hissə ilə ödəməyi planlaşdırıb. Lakin bu təklif Moskva təmsilçisini qane etməyib.
Hazırda tərəflər kompromis variant tapmaq üçün danışıqları davam etdirir. Daha əvvəl "Lokomotiv"in futbolçunu 28 milyon avroya satmağa hazır olduğu barədə məlumat yayılmışdı.


