"Neftçi" basketbol komandası heyətini yeni ABŞ-dan olan oyunçu ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Robert Hovard ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.

29 yaşlı və 203 sm boya malik təcrübəli hücumçu karyerası ərzində Avstriya, Çexiya, Belçika çempionatlarında çıxış edib.

Onun son klubu Slovakiya təmsilçisi "Slovan" (Bratislava) olub.