"Gəncə" basketbol klubunda 3 ayrılıq birdən yaşanıb.

Offsideplus.az xəbər verir ki, müqavilə müddəti başa çatan Cəbrayıl Əkbərov, Ulaş Turğut və Nazar Quliyevlə əməkdaşlığa son qoyulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Gəncə" yeni mövsümdə FIBA Avropa Kubokunda mübarizə aparacaq.