Türkiyə Super Liqasında yeni mövsümün çempionluq əmsalları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, ənənəyə uyğun olaraq bu mövsüm çempionluq yarışının əsas favoritləri "Qalatasaray" və "Fənərbağça" hesab olunur. Bükmeyker kontorları hər iki İstanbul nəhənginin çempionluq şansını eyni – 2.03 əmsalla qiymətləndirib.
Siyahıda növbəti pilələrdə "Trabzonspor" və "Beşiktaş" qərarlaşıb.
Mərc əmsalları belədir:
-
"Qalatasaray": 2.03
-
"Fənərbağça": 2.03
-
"Trabzonspor": 9.20
-
"Beşiktaş": 11.00


