UFC-nin yarımorta çəki dərəcəsində titul iddiaçısı İan Gerri İslam Maxaçev ilə keçirilən baxışma zamanı boy fərqinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu barədə belə deyib:
"Baxışma videosunda Maxaçev ilə eyni boyda görünürük? O, hiyləgər şəkildə hündür dabanlı ayaqqabı geyinmişdi. Stillet tipli ayaqqabı idi. Rəsmi çəkiölçmədə hər ikimiz eyni ayaqqabıda olacağıq, onda hər şey aydın olacaq".
Rəsmi məlumatlara əsasən, Gerrinin boyu 191 sm, Maxaçevin boyu isə 178 sm-dir.
Onlar 16 avqustda Filadelfiyada keçiriləcək UFC 330 turnirində qarşılaşacaq.
Gerri əlavə edib:
"Maxaçev baxışmada üz-üzə gəlmək istəmirdi. Onun narahat olduğunu hiss etdim".


