"Qolden Steyt Uorriors"un sahibi Co Leykob komandanın Stefen Karri ilə birlikdə daim NBA-nın ən güclüləri sırasında qalmasına çalışdıqlarını bildirib. O, Karri karyerasını nə qədər davam etdirəcəyinin bəlli olmadığını, lakin onun əla fiziki formada olduğunu və LeBron Ceyms kimi uzun müddət oynaya biləcəyini qeyd edib.

Offsideplus.az xəbər verir ki, Leykob komandanın gələcəyi ilə bağlı bunları deyib: "Bəlkə Karri daha bir-iki il oynayacaq, amma LeBron kimi 45 yaşına qədər də meydançada qala bilər. Bunu bilmirik, çünki o, ən görkəmli idmançılardan biridir və əla fiziki vəziyyətdədir. Heç nəyi istisna etmirəm. Amma başa düşürük ki, Draymond Qrin də yaşlanır və bir gün hər kəs karyerasını bitirəcək. Biz isə hər zaman ən yaxşı olmağa çalışırıq. Azarkeşlər, klub, Stefen və hər kəs üçün ən yaxşı versiyamızı göstərməyə borcluyuq. Əks halda mümkün deyil. Həmişə bunu etməyə çalışırıq və gələcək barədə çox nəticə çıxarmaq istəmirəm. Məqsədimiz daim güclü komanda olmaqdır."