PSJ-nin prezidenti Nasser Əl-Xelayfi FIFA-ya rəhbərlik etmək planları barədə suala birbaşa cavab verməyib.
Offsideplus.az xəbər verir ki, daha əvvəl UEFA-nın Qətərli funksionerin Canni İnfantinonu əvəzləməsini istədiyi bildirilmişdi. "Mən "Paris Sen-Jermen"in prezidenti olmaqdan çox xoşbəxtəm və bu vəzifəni davam etdirmək niyyətindəyəm", – deyə Əl-Xelayfi Avropa Superkubokunda "Aston Villa"ya qarşı keçirilən 2:1 hesablı oyundan sonra bildirib.


