UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev övladlarının peşəkar idmançı olmasını arzulamadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə belə danışıb: "Üç övladım var, hələ balacadırlar. Gələcəkdə nə olacağını bilmirəm. Onların döyüşçü olmasını istəmirəm. Düzdür, Dağıstanda məktəblə yanaşı güləş və ya başqa idman növü ilə məşğul olmaq adətdir. Onlar da məşq edəcəklər, sonra baxarıq. Əgər yenə də döyüşçü olmaq istəsələr, onları dayandıra bilmərəm, kömək edəcəyəm. Amma istəməzdim ki, peşəkar şəkildə döyüş və ya başqa idman növü ilə məşğul olsunlar. Mən böyüyəndə valideynlərim daim uzaqda olurdular. Həmişə yollarda, təlim-məşq toplanışlarında, yarışlarda idim. İstərdim ki, uşaqlarımla daha çox vaxt keçirəm".
Qeyd edək ki, İslam Maxaçev 16 avqustda Filadelfiyada keçiriləcək UFC 330 turnirində İan Gerri ilə qarşılaşacaq.


