Lionel Messi atasının vəfatından sonra ilk dəfə "İnter Mayami"nin heyətində meydana çıxıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu Liqa Kubokunun qrup mərhələsinin üçüncü turunda Meksika təmsilçisi "Leon"a qarşı keçirilən oyunda iştirak edib. Messi qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayıb və fasilədən dərhal sonra meydana daxil olub. O, ikinci hissədə qapıya 3 zərbə endirib, 24 ötürmə verib (dəqiqlik faizi 80), 5 künc zərbəsi yerinə yetirib və 4 açar ötürmə edib.
"İnter Mayami" Liqa Kubokunda ilk dəfə pley-off mərhələsinə yüksələ bilməyib. Komanda ötən mövsüm finala qədər irəliləmişdi.


