"Qalatasaray" voleybol klubu 2026/2027 mövsümü ilə bağlı yeni qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin Voleybol Şöbəsinin qərarına əsasən, akademiyanın gənc oyunçularından ibarət komandası Kişilər 1-ci Liqasında mübarizə aparacaq.

Klubun köklü voleybol ənənəsini gələcək nəsillərə ötürmək məqsədilə atılan bu addım sayəsində "Qalatasaray" yeni mövsümdə həm əsas komandası, həm də 1-ci Liqada çıxış edəcək.