Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç baş tutub.

Yalnız II Liqa klublarının mübarizə apardığı raund Şamaxıda başlayıb. “Şahdağ Qusar” “Kür-Araz”ı 3:1 hesabla məğlub edib.

Günün ikinci qarşılaşması Bakıda baş tutub. “Şəfa” “Saatlı-Araz”ya qalib gəlib: 2:0

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 14-də yekun vurulacaq.

Azərbaycan kuboku

I təsnifat mərhələsi

12 oktyabr (şənbə)

14:00. “Şahdağ Qusar” – “Kür-Araz” 3:1

Baş hakim: İslam Məmmədov

Şamaxı OİK stadionu

16:30. “Şəfa” – “Saatlı-Araz” 2:0

Baş hakim: Rövşən Rəcəbov

“ASK Arena”