"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 3-cü turu çərçivəsində "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra aldığı qırmızı vərəqə ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:

"Bizdən daha yüksək səviyyədə olan komandaya qarşı oynadıq. Premyer Liqada daha çox keyfiyyət, intensivlik və temp var. Yetirmələrim əla oyun keçirdilər. Açığı qırmızı vərəqə ilə bağlı deyə bilərəm ki, "Fənərbağça"dan sonra yəqin ki, Avropada olmayan komandaya gedəcəm. Aldığım qırmızı vərəqəyə etiraz etsəydim 6 ay cəza alacaqdım".