"Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Fənərbağça"nın uğurları üçün çalışan həmkarı Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib.
Offsideplus.az"Goal"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bunları deyib:
"Bu, hər ikimiz üçün böyük bir oyundur. Mən onunla qarşılaşmaqdan və ona qarşı oynamaqdan çox zövq alıram. Onun həmişə yaxşı komandaları olub. Bir çox kuboklar qazanıb. Mourinyo bir çox məşqçilər üçün nümunədir. Buna görə də ona qarşı oynamaqdan həzz alacağam".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Mançester Yunayted" İstanbulda "Fənərbağça"nın qonağı olacaq.