Avropa Liqasının rəsmi instaqram səhifəsi maraqlı paylaşım edib. 

Offsideplus.az xəbər verir ki, qurum turnirin Liqa mərhələsinin 2-ci turunun ən yaxşı qurtarışlarını izləyicilərlə bölüşüb.

"5-lik"də "Qarabağ"ın qolkiperi Fabian Buntiç də yer alıb. Qapıçının "Malmö" ilə oyundakı qurtarışı izləyiciləri tərəfindən maraqla qarşılanıb.