Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos Avropa Çempionatındakı hədəflərindən danışıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu turnirdə çempion olmaq arzusunda olduğunu deyib:

"İspaniyanı məğlub edib, daha irəli getmək istəyirik. Məqsədimiz Avropa Çempionatında qalib olmaqdır. Əminəm ki, bunu edəcəyik".

Qeyd edək ki, meydan sahibləri iyulun 5-də İspaniya ilə qarşılaşacaq.

Xatırladaq ki, qitə turniri Kroos üçün son yarışdır. O, Avropa Çempionatı bitdikdən sonra futbolçu karyerasını başa vuracaq.