"Qarabağ" klubunun üzvü Marko Veşoviç Monteneqro millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. 

 Offsideplus.az xəbər verir ki, komanda evdə Serbiya seçməsi ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.

31 yaşlı müdafiəçi start heyətdə yer alıb və sonadək oynayıb. 

“Qarabağ”ın Monteneqro millisinin üzvü olan digər futbolçusu Marko Yankoviç isə zədəsi səbəbindən bu oyunu buraxıb.