Azərbaycanlı şahmatçı Məhəmməd Muradlının “Dubai Open 2024”-də liderliyi davam edir.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz yarışın 6-cı turunu yarım xalla başa vurub.
Muradlı türkiyəli Yagiz Kaan Erdoğmuşla heç-heçə oynayıb. Hesabında 5 xal olan Məhəmməd ən yaxın izləyicisini yarım xal qabaqlayır.
Azərbaycanlı şahmatçıların duelində Gövhər Beydulayeva Eltac Səfərliyə uduzub. Rəvan Əliyev, Gülnar Məmmədova və Günay Məmmədzadə turu heç-heçə ilə başa vurublar. Xanım Balacayeva isə məğlubiyyətlə üzləşib.