İtaliyada Yurgen Kloppun “Roma”ya gəlişi xəbəri təkzib olunur.
Offsideplus.az xəbər verir ki, İtaliyanın nüfuzlu idman saytı Calciomercato.com açıqlamasında Yurgen Kloppun “Roma” klubuna baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bildirilib ki, alman mütəxəssisin "Roma"ya gəlişi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Həmin xəbər yayılan gün artıq Romada hər kəs bilirdi ki, Klopp bu kluba gəlməyəcək. Deməli, o, Ranyerini əvəz etməyəcək. Klub yeni baş məşqçi axtarır, lakin bu şəxs Klopp qədər yüksək maliyyə tələbləri olan biri olmayacaq”.
Qeyd edək ki, Yurgen Kloppun sonuncu iş yeri İngiltərənin “Liverpul” klubu olub. Hazırda alman mütəxəssis Red Bull futbol layihəsi çərçivəsində çalışır.