"İnter" braziliyalı sağ cinah hücumçusu Luis Enrikenin transferi ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Fransanın "Marsel" klubu futbolçu üçün 30 milyon avro tələb edir. Transferin baş tutmasına iki klub arasında mövcud olan yaxşı münasibətlər kömək edə bilər. Belə ki, daha əvvəl "İnter"in futbolçuları Valentin Karboni və Xoakin Korrea icarə əsasında "Marsel"də çıxış ediblər.
Bildirilir ki, Luis Enrikeni transfer etmək istəyən tək klub "İnter" deyil. Onun xidmətlərində Almaniya nəhəngi "Bavariya" da maraqlıdır.
Qeyd edək ki, Luis Enrike 2020-ci ilin sentyabrında Braziliyanın "Botafoqo" klubundan 8 milyon avro qarşılığında "Marsel"ə transfer olunub. 2022-ci ilin iyulundan 2023-cü ilin dekabrına qədər isə o, icarə əsasında yenidən "Botafoqo"da çıxış edib.