İtaliyanın "Napoli" klubu müdafiəçisi Covanni di Lorenso ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, komandanın 29 yaşlı kapitanı ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalanıb.

İtaliyalı futbolçu 2019-cu ildən "Napoli"də oynayır. O, ötən mövsüm A Seriyasında 37 matçda 3 qol vurub və 4 qolun ötürməsini verib.