"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Braziliya milli komandasını çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Karlo Ançelotti, Abel Ferreyra və Jorje Jesusla bərabər "pentakampeonlar"ın namizədlərindən biridir. Bu barədə "Globo" nəşri məlumat verib.

Mourinyonun İstanbul klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, daha öncə heç bir yığma komandanı çalışdırmayıb.