Braziliya yığmasının və "Barselona"nın əfsanəvi futbolçusu Romarionun oğlu Romarinyo kayrerasını Ukraynada bərpa edib. 

Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu 1-ci Liqada yarışan UCSA komandası ilə rəsmi müqavilə bağlayıb.

Romarinyonun son klubu öz vətənində atasının da bağlı olduğu "Amerika" klubu olub. O, Ukraynaya gələnə qədər uzun müddət klubsuz qalmışdı.

Ümumiyyətlə, futbolçunun karyerası atası ilə müqayisədə kəskin fərqlənir. Məşhrur klubların formasını geyinmiş Romario hətta dünya çempionu tituluna yiyələndiyi halda, onun oğlu Braziliya, Yaponiya, Boliviyanın aşağı liqa təmsilçilərində top qovub.