Kayl Uoker karyerasını “Milan”da davam etdirə bilər.

Offsideplus.az “The Telegraph”a istinadən xəbər verir ki, İtaliya klubu 32 yaşlı müdafiəçi ilə maraqlanır. "Qırmızı-qaralar" ingiltərəli futbolçunu sağ cinah müdafiəçisi Davide Kalabria ilə rəqabət apara bilən və eyni zamanda sol cinah müdafiəçisi Teo Hernandezlə eyni tempdə oynaya bilən oyunçu kimi görür.

Qeyd olunur ki, “rossonyerlər” növbəti mövsüm Skudetto uğrunda mübarizə aparmaq üçün heyəti gücləndirmək fikrindədir.

Uokerin "Mançester Siti" ilə müqaviləsi 2024-cü ilə qədərdir.