“Barselona”nın futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının bugünkü oyununu buraxmalı olacaq.

Offsideplus.az xəbər verir ki, polşalı hücumçu qrup mərhələsinin 6-cı turunun “Viktoriya” ilə matçında iştirak etməyəcək. Məşqçilər korpusu belində problemlər olan Levandovskiyə istirahət verməyi məqsədəuyğun sayıb. Oyunu üç sarı vərəqə üzündən Serxio Buskets də buraxacaq. 

Qrupda bütün yerlərin sahibləri dəqiqləşdiyindən, son tur formal xarakter daşıyır. “Barselona” üçüncü yeri rəsmiləşdirib, “Viktoriya” sonuncu yeri tutub.