UEFA Çempionlar Liqasının pley-offunun cavab oyunu çərçivəsində 28 avqust tarixində "Qarabağ" - "Dinamo" matçı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakuroviç fikirlərini bölüşüb:

"Keçən oyunda 3:0 udmağımıza baxmayaraq bu matça ciddi hazırlaşmışıq. Rəqib güclüdür, hazırlığı kifayət qədərdir. Müdafiə xəttimizi gücləndirmək daxil, oyuna yaxşı hazırlaşmışıq".