“Qarabağ” klubu yeni transferi Patrik Andradeni avrokubok oyunları üçün UEFA-ya sifariş edib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin adı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

"Qarabağ"ın iştirak ərizəsində ümumilikdə 26 oyunçu var.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev,23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov

Müdafiəçilər: 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 30. Abbas Hüseynov,

Yarımmüdafiəçilər: 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 27. Toral Bayramov, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 66. Patrik Andrade

Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 90. Nəriman Axundzadə

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Polşada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.