ÇL-nin qrup mərhələsinin ikinci turunda "Real" "Leyptsiq"ə 2:0 hesabıyla qalib gəlib.

Offsideplus.az xəbər verir ki, bu, Karlo Ançelottinin Çempionlar Liqasındakı 100-cü qələbəsi olub. 63 yaşlı mütəxəssis bu göstəricidə ikinci pillədə qərarlaşıb.

İlk yerdə 102 qələbə ilə "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusondur.