"Latsio" - "Bavariya" qarşılaşmasında (1:4) italyanların qapısına yol tapan Camal Musiala tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, Almaniya millisində oynamağa razılıq verən futbolçu 17 yaş 363 günlüyündə iki rekorda imza atıb. Belə ki, Camal həm Çempionlar Liqasının tarixində qol vuran ən gənc ingilis futbolçu olub, həm də "Bavariya"nın tarixində Çempionlar Liqasında rəqib qapısına yol tapan ən gənc oyunçu.

Qeyd edək ki, istedadlı futbolçu 2003-cü ilin fevralın 26-da Ştutqartda doğulsa da, sonradan anası ilə İngiltərəyə köçərək "Çelsi"nin akademiyasında futbolun sirlərinə yiyələnib.