UEFA Çempionlar Liqasında bütün zamanların yeni reytinq siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 500-dən çox klubun yer aldığı siyahıya Azərbaycan təmsilçilərindən 7-sinin adı daxil edilib.

Ə yüksək pillədə qərarlaşan "Qarabağ" 46 xalla 78-cidir.

"Neftçi" 15 xalla 171-ci, fəaliyyətini dayandıran "Bakı" klubu isə 6 xalla 271-ci sıradadır.

"Keşlə" 5 xalla 297-ci, "Şəmkir" 2 xalla 398-ci, "Kəpəz" isə 2 xalla 399-cudur. Bir xalı olan "Xəzər Lənkəran" 426-cı pillədə yer alıb.

Qeyd edək ki, İlk "3-lük"yə gəlincə,  "Real Madrid" (607 xal) birinci, "Bavariya" (495 xal) ikinci  və "Barselona" (459 xal) üçüncü sırada qərarlaşıb.