İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ukraynada Kiyev "Dinamo"suna qarşı matçı buraxacaq.
Offsideplus.az Kataloniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu həmin qarşılaşmaya sifariş olunmayıb.
Baş məşqçi Ronald Kuman Messi ilə yanaşı Frenki De Yonqa da istirahət verib.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Dinamo" - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.