"Molde" klubunun rəsmisi "Qarabağ"la oyunda bir neçə dəfə futbola nifrət etdiyini deyib.

Offsideplus.az xəbər verir ki,  bu barədə "Molde" klubunun baş direktoru Ole Erik Stavrum "Rbnett.no" nəşrinə açıqlama verib. Belə ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək pley-off mərhələsinə keçdikləri oyun barədə danışıb:

"Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi".

"Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda düşərgəmizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim", - deyə "Molde" rəsmisi qeyd edib.