"Molde" klubunun nigeriyalı hücumçusu Leke Ceyms komandasının "Qarabağ"ı məğlub etməsini və UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasına kömək etmək istədiyini bildirib.

Bu barədə Offsideplus.az-a danışan 27 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.

Nigeriyanın əsas millisində oynamaq istədiyini bildirən Ceyms heç bir “təzyiq” altında olmadığını, klubuna kömək etmək üçün əlindən gələni edəcəyini qeyd edib:

"Heç bir təzyiq altında deyiləm, yalnız oraya çıxıb əlimdən gələni etmək və komandamın Çempionlar Liqasının növbəti mərhələsinə çıxmasına kömək etmək istəyirəm".

Hücumçu Kiprdə oynamağın "Qarabağ" üçün üstünlük yaratmadığını düşünür:

“Neytral meydanda oynayacağıq və Kiprdəki hava şəraitinin Bakı ilə oxşar olması "Qarabağ" üçün çox da üstünlük yaratmır. Bundan əlavə, hər iki komandanın azarkeşləri oyuna buraxılmır, ona görə də bağlı qapılar arxasında oynamalıyıq".

Qeyd edək ki, "Molde" birinci və ikinci təsnifat mərhələlərində müvafiq olaraq, "KuPS""Sele" klublarını məğlub edib.. "Molde" - "Sele" matçında qol vuran Ceymsin komandasının qalib gəlməsində böyük rolu olmuşdu. 

Qeyd edək ki, Leke Ceyms 3 illik müqavilə ilə 2018-ci ilin aprelindən "Molde"nin heyətinə qatılıb.