Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne 1/8 final mərhələsinin ikinci həftəsinin ən yaxşı futbolçusu seçilib.

Belçikalı yarımmüdafiəçi UEFA-nın kazarkeşlər arasında keçirdiyi səsvermədə Serj Qnabri (“Bavariya”), Serxio Buskets (“Barselona”) və Ussem Auarı (“Lion”) qabaqlayıb.

Qeyd edək ki, De Bruyne komandasının “Real” üzərində 2:1 hesablı qələbə qazandığı oyunda 1 qol, 1 assist edib.