Ceymi Qittens yayda "Borussiya"dan ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu Bundesliqada da qalmağı düşünmür. Onunla "Çelsi" yaxından maraqlanır.
Bu barədə "Sky Sport" məlumat yayıb.
Qittens aşağı yaş qruplarında "Çelsi" və "Mançester Siti"də çıxış edib.
20 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə 43 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.