İngiltərə millisinin və "Bayern Münhen"in ulduz hücumçusu Harri Keyn, daşınmaz əmlak investisiyası ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, təcrübəli forvardın inşa etdirdiyi 20 milyon funt-sterlinq dəyərindəki "neo-Corciya" üslublu malikanə yerli sakinlər tərəfindən Bukingem sarayına bənzədilir.

​Dəbdəbəli iqamətgah təkcə xarici görünüşü ilə deyil, həm də daxilindəki ağlasığmaz şəraitlə hər kəsi heyrətləndirir.

​Harri Keynin yeni evində komfort üçün heç bir xərcdən qaçınılmayıb. Malikanənin ən diqqətçəkən özəllikləri bunlardır:

  • ​Avtomobillər üçün xüsusi sistem: Yeraltı qarajda yerləşən və qiyməti 20 000 funt-sterlinq olan xüsusi fırlanan platforma
  • ​İstirahət zonası: Şəxsi kinoteatr, geniş üzgüçülük hovuzu və eksklüziv bar.
  • ​İdman və sağlamlıq: Peşəkar idman zalı və futbolçunun bərpası üçün nəzərdə tutulmuş xüsusi müalicə otaqları.

​Yerli sakinlər malikanənin əzəmətini kral iqamətgahı ilə müqayisə edərək, binanın memarlıq üslubunun əraziyə fərqli bir rəng qatdığını bildirirlər.

​Görünən odur ki, Keyn meydandakı qol vuruşları qədər, memarlıq seçimlərində də "hədəfi tam mərkəzdən vurmağı" xoşlayır.