"Quba" komandasının baş məşqçisi Şəhriyar Əsgərov "Ordu" ilə 88:92 hesabı ilə başa çatan pley-in oyununun ardından mətbuat xidmətinə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, oyunun gedişində hakim səhvlərinin komandalarına zərər verdiyini bildirib:
"Əlimizdən gələni etdik, amma serb hakim kobud səhv etdi. Üç xallıq atış zamanı hücum foulu qeydə aldı və bu, oyunun taleyini həll etdi. Digər tərəfdən, bizə hər dəfə texniki foul verilirdi, amma rəqib komandaya və məşqçisinə eyni yanaşma yox idi. Onlar istədiklərini edirdilər. Hakimlərin bu cür bərbad idarəçiliyi bizi bu vəziyyətə gətirdi. Rotasiyamız geniş deyil, çox çətinliklə oyunlara çıxırıq və sonda belə olur. Biz maksimum gücümüzlə mübarizə apardıq".
Bu məğlubiyyətlə "Quba" komandası iki pley-in oyununu da uduzdu və "Ordu" komandası pley-off mərhələsinə yüksəldi.