Futbol üzrə Əvəzedicilərin Liqasında XXX turun oyunlarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, lider "Neftçi-2" turu ağır məğlubiyyətlə başa vurub.

Rəşad Abdullayevin yetirmələri doğma meydanda "Turan Tovuz-2"a 0:3 hesabı ilə uduzublar. 

Bu, cari mövsümdə "ağ-qaralar"ın ən böyükhesablı məğlubiyyəti olub.

Son turlarda qeyri-sabit çıxış edən "Neftçi-2" 59 xalla 1-ci pillədə qərarlaşsa da, çempionluq şansını çətinə salıb.

Çünki "Sabah-2" (58 xal) və "Turan Tovuz-2" (56 xal) liderə maksimum yaxınlaşıblar. 

Bu gün keçirilən digər oyunda "Kəpəz-2" "Araz-Naxçıvan-2"yə qalib gəlib - 2:1.