"Real"ın futbolçusu Vinisius Juniora Səudiyyə Ərəbistanından böyük pullar qazana biləcəyi təkliflər gəlir.

Offsideplus.az xəbər verir ki, braziliyalı vinger "kral klubu"nu tərk etsə, "Real" onun yerinə Erlinq Haalandı gətirməyi planlaşdırır.

Bu barədə Almaniyanın "Sky Sport"u məlumat verib.

Xəbərdə yazılan məlumat görə bu baş versə, Haaland prioritet hədəf olacaq.

Norveçli hücumçunun "Mançester Siti" ilə 2034-cü ilin yayına qədər müqaviləsi var. 

Transfermarkt portalına görə onun bazar dəyəri 200 milyon avrodur.