Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz “Zimbru” stadionunda moldovalı həmyaşıdları ilə qarşılaşıblar.
Oyun Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə nəticələnib.
U-17 aprelin 16-da Gürcüstan, bundan 3 gün sonra isə Estoniya ilə qüvvəsini sınayacaq.
Moldova ilə oyunda yığmamızın start heyəti: 1. Rauf Əyyubov, 3. Sahib Xəlilli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 6. Toğrul Mehdizadə, 7. Muhamməd Çodarov, 8. Nihad Cəfərzadə, 9. Nicat Kərimov, 10. Samir Şərifov, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə