"Bavariya" bu yay Joau Palyinyanı satmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Münhen klubu portuqaliyalı futbolçunu heyətdə düşünmür.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Palyinya ötən ilin yayında "Fulhem"dən 51 milyon avroya "Bavariya"ya transfer olunub.
O, cari mövsümdə 21 oyunda meydanda olub və fərqlənə bilməyib.