Xorvatiyalı futbolçu Luka Modriç Çempionşip klubu "Suonsi"nin səhmlərinə sahib olub.

Offsideplus.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi klubun yeni sahiblərindən biri olub.

"Suonsi" hazırda 54 xalla Çempionşipdə 12-ci yerdədir. Onlar son dəfə Premyer Liqada 2017/18 mövsümündə çıxış edib.

Bu, Modriçin "kral klubu"ndakı karyerasına təsir etməyəcək. O, daha bir mövsüm "Real"da çıxış etmək istəyir.