NBA-da 2024/2025 mövsümünün əsas mərhələsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, pley-offla yanaşı pley-in turnirində qarşılaşacaq komandalar məlum olub. Hər iki konfransda mübarizə aparacaq komandaların cütlükləri müəyyənləşib.
Qərb Konfransı – Pley-off cütlükləri:
-
(1) Oklahoma City Thunder — Rəqibi pley-in mərhələsində müəyyən olunacaq
-
(4) Denver Nuggets — (5) Los Angeles Clippers
-
(3) Los Angeles Lakers — (6) Minnesota Timberwolves
-
(2) Houston Rockets — Rəqibi pley-in mərhələsində müəyyən olunacaq
Qərb Konfransı – Pley-in oyunları:
-
7-8-ci yerlər:
Golden State Warriors — Memphis Grizzlies
Qalib 7-ci sıradan pley-offa yüksələcək, məğlub olan isə şansını ikinci oyunda sınayacaq. -
9-10-cu yerlər:
Sacramento Kings — Dallas Mavericks
Qalib, “7–8” oyununun məğlubu ilə qarşılaşacaq. -
Final oyunu:
“7–8” cütlüyünün məğlubu — “9–10” cütlüyünün qalibi ilə qarşılaşacaq.
Bu qarşılaşmanın qalibi 8-ci sıradan pley-offa adlayacaq.
Şərq Konfransı – Pley-off cütlükləri:
-
(1) Cleveland Cavaliers — Rəqibi pley-in mərhələsində müəyyən olunacaq
-
(4) Indiana Pacers — (5) Milwaukee Bucks
-
(3) New York Knicks — (6) Detroit Pistons
-
(2) Boston Celtics — Rəqibi pley-in mərhələsində müəyyən olunacaq
Şərq Konfransı – Pley-in oyunları:
-
7-8-ci yerlər:
Orlando Magic — Atlanta Hawks
Qalib birbaşa 7-ci yerə yüksələcək, məğlub isə əlavə şans əldə edəcək. -
9-10-cu yerlər:
Chicago Bulls — Miami Heat
Qalib, “7–8” oyunundan məğlub ayrılan komandaya qarşı oynayacaq. -
Final oyunu:
“7–8” oyununun məğlubu — “9–10” cütlüyünün qalibi ilə qarşılaşacaq.
Qalib 8-ci yerdən pley-offa vəsiqə qazanacaq.