"Bavariya"nın hücumameylli yarımmüdafiəçisi Tomas Müllerin gələcəyi hələ də qeyri-müəyyəndir.
Offsideplus.az xəbər verir ki, aha əvvəl Müller bu mövsümün sonunda Münhen klubunu tərk edəcəyini açıqlamışdı. Məlumata görə, 35 yaşlı futbolçu İtaliyadan çox yaxşı təkliflər alıb, lakin onun MLS-ə (Amerika futbol liqası) keçməsi və ya karyerasını başa vurması daha real ehtimal kimi görünür.
Qeyd olunur ki, "Allianz Arena"da keçiriləcək vida oyununun tarixi hələ müəyyənləşməyib.
Xatırladaq ki, Tomas Müller "Bavariya" klubunun yetirməsidir və bu komandada 25 il çıxış edib. Bu mövsüm Müller 37 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.