Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL-in yarımmüdafiəçisi Musa əl-Taamari zədəsini tam sağaldıb.
Offsideplus.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, 22 yaşlı hücumameyilli oyunçu dünəndən kollektivlə birlikdə məşqlərə qatılıb.
Məşqçilər korpusu onu oynatmaq istəsə də, son qərarı oyun günü həkimlər verəcək. Əgər Taamarinin meydana çıxmasının riskli olacağı qənaətinə gəlinsə, baş məşqçi Paolo Trametsani heyətdə bəzi yerdəyişmələrə əl ata bilər. Bu üzdən italiyalı mütəxəssis nəyin bahasına olursa-olsun, iordaniyalının hazır olmasını tapşırıb.
Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında ilk oyun sabah Nikosiyada keçiriləcək.