Adananın ev sahibliyi etdiyi Türkiyə Superkubokunun yarımfinalında “Fənərbağça” “Samsunspor”u 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, onlar 10 yanvar, şənbə günü baş tutacaq final qarşılaşmasında “Qalatasaray” ilə kubok uğrunda mübarizə aparacaq.
Oyuna üstün başlayan “Fənərbağça” artıq 4-cü dəqiqədə hesabı açıb. Entoni Musabanın ötürməsini dəqiq zərbə ilə Kerem Aktürkoğlu qola çevirib — 1:0. İlk hissədə Con Duran və Marko Asensionun zərbələri dirəkdən qayıdıb.
İkinci hissədə“Samsunspor” bərabərlik üçün hücuma keçsə də, növbəti qolu yenə “Fənərbağça” vurub. 67-ci dəqiqədə Con Duran fərqi iki topa çatdırıb, Musaba isə matçdakı ikinci assistini edib — 2:0.
77-ci dəqiqədə Antuan Makuumbu Kerem Aktürkoğluna qarşı sərt müdaxiləyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 84-cü dəqiqədə Yiğit Efe Demirin vurduğu qol isə ofsayt səbəbilə VAR tərəfindən ləğv olunub.
Qalan dəqiqələrdə hesab dəyişməyib və “Fənərbağça” 2:0 hesablı qələbə ilə Superkubokun finalına yüksəlib.
Final oyunu 10 yanvar şənbə axşamı Atatürk Olimpiya Stadionunda keçiriləcək — “Fənərbağça” ilə “Qalatasaray” kubok üçün qarşılaşacaq.



