İstanbul Cümhuriyyət Baş Prokurorluğunun açıqlamasına görə Erden Timurla bağlı aparılan istintaq işinin səlahiyyəti dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, İdman Cinayətləri İstintaq Bürosunda aparılan araşdırma zamanı şübhəlinin polis və prokurorluqda verdiyi ifadələr, həmçinin işin ümumi materialları birlikdə qiymətləndirilərək işin ayrıca icraata çıxarılması qərara alınıb.
Bunun ardınca dosye İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Pulların Yuyulması Bürosuna göndərilib.
Məlumata əsasən, burada aparılan prosedurlardan sonra Erden Timur haqqında həbs tələbi ilə Sulh Cinayət Hakimliyinə müraciət edilib.



